İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib

İsrail ordusu Livanın cənubunda Hizbullaha aid 10 hədəfə hava hücumu təşkil etdiyini açıqlayıb.

2123269
İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib

İsrail ordusu Livanın cənubunda Hizbullaha aid 10 hədəfə hava hücumu təşkil etdiyini açıqlayıb.

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrinə döyüş təyyarələri ilə həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamada, Livanın cənubundakı Rəşayə əl-Fuhar bölgəsində Hizbullahın silah anbarları, müşahidə mövqeləri və raket atış platformalarının olduğu hədəflərə 10-a yaxın hava hücumu təşkil edildiyi bildirilib.

Livanın rəsmi agentliyi NNA-da dərc olunan xəbərdə İsrail döyüş təyyarələrinin Livanın cənubunda Nəbatiyyə vilayətinin Marcayun rayonunda Rəşayə əl-Fuhar ilə Firdevs arasındakı əraziyə hücum etdiyi qeyd edilib.

Hizbullah İsrailin hücumları və mümkün itkilərlə bağlı açıqlama verməyib.

İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda 263 Hizbullah üzvü, 53 livanlı mülki, 14 Amal Hərəkatı, 13 "Həmas", 12 İslami Cihad üzvü, 7 İsrail vətəndaşı və 11 əsgər həlak olub.



Әlaqәli Xәbәrlәr