Hindistanda qasırğa zamanı 5 nəfər ölüb

Hindistanın Qərbi Benqaliya əyalətində fırtına nəticəsində baş verən qəzalarda ən azı 5 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

2123203
Hindistanda qasırğa zamanı 5 nəfər ölüb

Hindistanın Qərbi Benqaliya əyalətində fırtına nəticəsində baş verən qəzalarda ən azı 5 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Ölkə mətbuatında yer alan xəbərə görə, martın 31-də Jalpaiquri və Mainaquri bölgələrində təsirli olan və özü ilə birlikdə dolu gətirən ani tufan təxminən 10 dəqiqə davam edib. Fırtına nəticəsində çox sayda ağac və elektrik dirəkləri kökündən çıxıb.

Ən azı 800 evin dağıldığı fırtınanın yaratdığı qəzalarda ilkin hesablamalara görə, 5 nəfər ölüb, 300-dən çox adam yaralanıb.

Qərbi Benqaliyanın Baş naziri Mamata Banerji xəstəxanada müalicə alan yaralılara və ölənlərin ailələrinə baş çəkib.

Hindistanın Baş naziri Narendra Modi də "X" hesabındakı paylaşımında həyatını itirənlərin yaxınlarına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr