İsrail Qəzzada daha 8 dinc sakini öldürüb

İsrail ordusunun Qəzza zolağındakı evlərə endirdiyi hava zərbələri nəticəsində 8 mülki vətəndaş həyatını itirib.

2122273
İsrail Qəzzada daha 8 dinc sakini öldürüb

İsrail ordusunun Qəzza zolağındakı evlərə endirdiyi hava zərbələri nəticəsində 8 mülki vətəndaş həyatını itirib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail ordusuna aid döyüş təyyarələri Qəzza zolağının mərkəzindəki və Qəzza şəhərindəki evləri bombalayıb.
Məlumatda Ən-Nüseyrat bölgəsinə endirilən hava zərbələri nəticəsində 5 mülki vətəndaşın öldüyü, bəzilərinin isə yaralandığı, Qəzza zolağındakı bir evin dağıdılması nəticəsində 3 nəfərin öldüyü, bəzi mülki vətəndaşların da yaralandığı qeyd edilib. 
İsrail döyüş təyyarələrinin Qəzza şəhərindəki yaşayış məntəqələrinə qarşı hücumları artırdığı vurğulanıb.
WAFA xəbər agentliyinin yaydığı başqa bir xəbərdə isə İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında aralarında qadın və uşaqların da olduğu 20 fələstinlinin həyatını itirdiyi bildirilib.
İsrailin 2023-cü ilin 7 oktyabr tarixindən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14280-i uşaq, 9340-ı qadın olmaqla 32 623 fələstinli həlak olub, 75 092 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölüünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr