UNEP "Beynəlxalq Sıfır Tullantı Günü" münasibətilə hesabat yayımladı

2022-ci ildə dünyada gündə 1 milyarddan çox yeməyin israf ediləcəyi müəyyən edilib. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) "Beynəlxalq Sıfır Tullantı Günü" ilə bağlı Qida Tullantıları İndeksi 2024 Hesabatını dərc edib.

2121528
UNEP "Beynəlxalq Sıfır Tullantı Günü"  münasibətilə hesabat yayımladı

2022-ci ildə dünyada gündə 1 milyarddan çox yeməyin israf ediləcəyi müəyyən edilib.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) "Beynəlxalq Sıfır Tullantı Günü" ilə bağlı Qida Tullantıları İndeksi 2024 Hesabatını dərc edib.
Hasabata əsasən,  2022-ci ildə 1,05 milyard tondan çox qida tullantıları istehsal olunub ki, bu da adambaşına 132 kiloqrama və bütün dünyada istehlak edilən qidanın hər 5-dən 1-nə bərabərdir.
2022-ci ildə qlobal miqyasda gündə 1 milyarddan çox yemək israf edilib, təxminən 783 milyon insan aclıqla mübarizə aparır və dünyanın hər 3-də 1-i qida  çatışmazlığı ilə üzləşir.
Qida israfı illik istixana qazı emissiyalarının təxminən 10 faizini təşkil etdiyi halda, bu nisbət aviasiya sənayesinin təxminən 5 qatına bərabərdir. Tullantıların dəyəri təxminən 1 trilyon dollardır.
UNEP-ın icraçı direktoru İnqer Andersen deyib: "Ərzaq israfı bütün dünyada belə davam edərsə, milyonlarla insan ac qalacaq".
Qida israfının da iqlimə və ətraf mühitə mənfi təsir etdiyini bildirən Andersen ölkələri bu vəziyyətin qarşısını almağa çağırıb.



Әlaqәli Xәbәrlәr