Yisrael Katz: ''İsrail hücumlarını dayandırmayacaq''

İsrailin xarici işlər naziri Yisrael Katz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ramazan ayı ərzində Qəzzada atəşkəslə bağlı qərar qəbul etməsinə baxmayaraq deyib: ''İsrail atəşi dayandırmayacaq. ''Həmas''ı məhv edəcəyik”.

2120522

İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrinə qurudan, havadan və dənizdən həyata keçirdiyi və 32 min insanın ölümünə səbəb olan hücumları 172 gündür davam edir.
Bölgədə gərginliyin azaldılması üçün dünən mühüm addım atıldı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) aprelin 9-da sona çatacaq Ramazan ayı ərzində Qəzzada atəşkəslə bağlı qərar qəbul etdi.
İsrailin xarici işlər naziri Yisrael Katz rəsmi ''X'' internet səhifəsində  etdiyi paylaşımda atəşkəs qərarını qiymətləndirib.
Nazir Yisrael Katz paylaşımında bu ifadələrə yer verib:  "İsrail atəşi dayandırmayacaq. Biz ''Həmas''ı məhv edəcəyik və sonuncu (İsrailli) əsir qayıdana qədər döyüşəcəyik".

Әlaqәli Xәbәrlәr