“Qəzza Xirosimaya bənzəyir”, Q.Petro

“X” sosial media hesabında Qəzzada fələstinlilərin aclıqdan ölməsi ilə bağlı xəbəri sitat gətirən Petro deyib ...

2120321
“Qəzza Xirosimaya bənzəyir”, Q.Petro

 

  Kolumbiya prezidenti Qustavo Petro İsrailin hücumları zamanı Qəzza zolağında 32 mindən çox adamın həyatını itirdiyini bildirərək bölgədəki hadisələri atom bombasının atıldığı Yaponiyanın Xirosima şəhəri ilə müqayisə edib.

  “X” sosial media hesabında Qəzzada fələstinlilərin aclıqdan ölməsi ilə bağlı xəbəri sitat gətirən Petro deyib: “Amerika Birləşmiş Ştatları Xirosimaya atom bombası atanda (1945-ci il avqust) orada 77 mindən çox insan həyatını itirdi. Bu gün Yaponiyadan çox kiçik bir ölkədə - Fələstində, Xirosimadan da kiçik bir şəhərdə - Qəzzada bombardmanlarda 32 mindən çox insan öldü. Oxşar hadisələrdir. Dünyanın böyük paytaxtları bəşəriyyətə öz əmrlərini diktə etmək üçün nəhəng hərbi qüvvələrini şuursuzca xərcləyirlər".

  Xatırladaq ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda əksəriyyəti uşaq olmaqla 32 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr