İsrail Vaşinqtona gedəcək nümayəndə heyətinin səfərini ləğv edib

İsrail Rəfah şəhərindəki əməliyyatı müzakirə etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedəcək nümayəndə heyətinin səfərini ləğv edib.

2120308
İsrail Vaşinqtona gedəcək nümayəndə heyətinin səfərini ləğv edib

İsrail Rəfah şəhərindəki əməliyyatı müzakirə etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedəcək nümayəndə heyətinin səfərini ləğv edib.

İsrail Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzada atəşkəs tələbi ilə bağlı qəbul etdiyi qətnamə layihəsinin səsverməsində ABŞ bitərəf qaldığı üçün Rəfaha qarşı əməliyyatı üçün Vaşinqtona gedəcək heyətin səfərini ləğv etdiklərini açıqlayıb.

İsrail Baş Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Təhlükəsizlik Şurasında 14 müsbət və 1 bitərəf səs ilə qəbul edilən layihəyə reaksiya göstərilib. 

Açıqlamada ABŞ-ın bir neçə gün əvvəl atəşkəsi Qəzzadakı məhbusların azad edilməsi ilə əlaqələndirdiyi BMT Təhlükəsizlik Şurasındakı müvafiq mövqeyindən əl çəkdiyinə işarə edilib. Həmçinin deyilib ki, ABŞ əsirlərin sərbəst buraxılması şərti olmadan atəşkəsə çağıran yeni mətni veto etmədi.

Açıqlamada ABŞ-ın bitərəf olmasının Vaşinqtonun müharibənin əvvəlindən bəri BMT Təhlükəsizlik Şurasındakı müvafiq mövqeyindən açıq şəkildə geri çəkilməsi mənasına gəldiyinə diqqət çəkilib: “Bu geri çəkilmə həm müharibə səylərinə, həm də beynəlxalq təzyiqlər səbəbiylə əsirlərin azad edilməsi səylərinə zərər verir. Bu həm də "Həmas"a əsirləri azad etmədən atəşkəsə ümid verir.

Açıqlamada İsrailin Rəfah hücumunu müzakirə etmək üçün Vaşinqtona gedəcək nümayəndə heyətinin ABŞ səfərinin ləğv edildiyi bildirilib.

Qeyd edək ki, BMT TŞ Ramazan ayı ərzində (11 mart-9 aprel) Qəzza zolağında daimi və davamlı atəşkəsi nəzərdə tutan qətnamə layihəsini qəbul edib.



Әlaqәli Xәbәrlәr