"Fələstinlilərlə həmrəy olduğumu göstərmək üçün oruc tuturam", A.Quttereş

BMT-nin internet saytında verilən açıqlamaya görə, A.Quterreş Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısı qarşısında mətbuat konfransı keçirərək deyib ...

2119442
"Fələstinlilərlə həmrəy olduğumu göstərmək üçün oruc tuturam", A.Quttereş

 

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Qəzzaya təcili atəşkəs və fasiləsiz humanitar yardımın vaxtının çatdığını bildirib.

  BMT-nin internet saytında verilən açıqlamaya görə, A.Quterreş Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısı qarşısında mətbuat konfransı keçirərək deyib: “Qəzzalılar İsrailin hücumlarına görə böyük bir kabus yaşayır. Evlər dağılıb, ailələr, nəsillər məhv edilir, insanlar qıtlıqdan acından ölür. Fələstinlilər aylarca davam edən sıxıntı və ağrıdan sonra Ramazan ayını İsrailin hücumları və humanitar yardımların daxil olmasına maneələrlə keçirirlər.

  Fələstinlilərlə həmrəy olduğumu göstərmək üçün oruc tuturam. Qəzzada olanların iftarda yemək tapmamasından narahatıq.

  Qəzzaya girmək üçün Rəfah Sərhəd Qapısının hər iki tərəfində yük maşınları gözləyir, sərhədin o biri tərəfindəkilər isə aclıqdan ölür. Vəziyyət faciəvi və hiddətləndiricidir.

  Hücum dairəsinin genişlənməsi mülki əhalinin və israilli əsirlərin də vəziyyətinin pisləşməsidir.

  Mütləq və təcili atəşkəs olmalıdır. İsrail humanitar yardım materiallarının tam və qeyri-məhdud daşınması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əsirlər azad edilməlidir”.

 



Әlaqәli Xәbәrlәr