“ABŞ Moskvadakı terror aktını şiddətlə qınayır”, E.Blinken

A.Blinken verdiyi yazılı açıqlamada hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verərək bildirib ...

2119450
“ABŞ Moskvadakı terror aktını şiddətlə qınayır”, E.Blinken

 

  ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın paytaxtı Moskvadakı konsert salonunda törədilən terror aktını şiddətlə qınayıb.

  A.Blinken yazılı açıqlamasında hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verərək deyib: "Terrorun hər növünü qınayır, bu dəhşətli hadisəyə yas tutan Rusiya xalqı ilə həmrəy olduğumuzu bildiririk. ABŞ Moskvadakı ölümcül terror aktını qətiyyətlə pisləyir”.

  Xatırladaq ki, martın 22-si axşamı Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı adamlar tərəfindən terror aktı törədilib. Hücum edənlər zalda avtomat silahlardan necə gəldi atəş açıblar. Konsert zalının yerləşdiyi binanın damında yanğın baş verib, dam örtüyü bir müddət sonra uçub. Rusiya rəsmiləri hücumda 133 nəfərin öldüyünü açıqlayıb. Hadisə zamanı 100-dən çox adam da yaralanıb.

  Hücuma görə məsuliyyəti DEAŞ terror təşkilatı öz üzərinə götürüb.

  Dörd terrorçu daxil olmaqla, 11 nəfər saxlanılıb.



Әlaqәli Xәbәrlәr