Rusiyada terror aktı nəticəsində həyatını itirənlərin sayı 93 nəfərə çatıb

Dünən Rusiyanın paytaxtı Moskvada konsert zalında törədilən terror aktı nəticəsində 93 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.

2119193

Moskvada “Crocus City Hall” konsert zalında axşam saatlarında terror aktı törədilib.

Rusiya İstintaq Komitəsi terror aktı nəticəsində 93 nəfərin öldüyünü və ölənlərin sayının arta biləcəyini bildirib.

Bildirilib ki, ekspertlər hadisənin baş verdiyi yerdə işlərini davam etdirirlər.

Açıqlamada deyilir: "Terror aktı nəticəsində 93 nəfərin öldüyü müəyyən edilib. Təəssüf ki, qurbanların sayı arta bilər".

Şübhəli kimi tanınan iki nəfər Bryansk yaxınlığında avtomobillə qaçmağa cəhd edərkən yaxalanıb.
Rusiya kəşfiyyat xidməti (FSB) 4-ü terrorçu olmaqla 11 nəfəri saxlayıb.
Hücuma görə məsuliyyəti DEAŞ terror təşkilatı üzərinə götürüb.

Әlaqәli Xәbәrlәr