İsrailin Qəzzaya intensiv hücumları davam edir

İsrail ordusunun oktyabrın 7-dən bəri xalqı ac-susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 32142-ə çatıb.

2119281

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra yaydığı bəyanatda İsrailin Qəzza zolağına 169 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verib.
Bəyanatda İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 72 fələstinlini öldürdüyü, Qəzzada həyatını itirənlərin ümumi sayının 32142 nəfərə yüksəldiyi bildirilib.
Bəyanatda həmçinin  İsrail qüvvələrinin son hücumlarında Qəzza zolağında yaralananların ümumi sayının 74412-ə yüksəldiyi bildirilib.
Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında ölülərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə əməkdaşlarının bölgəyə daxil ola bilmədiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr