İsrail 169 gündür Qəzzaya ağır zərbələr endirir

Oktyabrın 7-dən bu yana İsrailin hücumlarına məruz qalan Qəzzada həyatını itirənlərin sayı 32 070 nəfərə, yaralananların sayı da 74 mini ötüb.

2119117
İsrail 169 gündür Qəzzaya ağır zərbələr endirir

İsrail 169 gündür Qəzzaya ağır zərbələr endirir.
Oktyabrın 7-dən bu yana İsrailin hücumlarına məruz qalan Qəzzada həyatını itirənlərin sayı 32 070 nəfərə, yaralananların sayı da 74 mini ötüb.
İsrail qüvvələri Beyt Hanun, Cibaliyə və Nuseyrat qaçqın düşərgələrinə hücum edib.
9 mülki yaşayış məntəqəsinə edilən hücumda azı 82 fələstinlinin öldürüldüyü, 110 nəfərin yaralandığı açıqlanıb.
İsrailin Şifa xəstəxanasına qarşı hücumları da davam edir.
İsrailin xəstəxanaya son 6 gündə təşkil etdiyi hücumlarda 160 fələstinlinin öldürüldüyü, aralarında tibb personalının da olduğu 600 nəfərin saxlanıldığı açıqlanıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF Qəzzada uşaqların yaşadığı ağrı-acılara diqqət çəkdi.
Avropa-Aralıq dənizi İnsan Haqları Monitorinq Təşkilatı Euro-Med İsrailin Qəzzada fələstinlilərin qanını dəhşətli şəkildə tökdüyünü, Şifa xəstəxanası ətrafında onlarla evi yandırdığını açıqlayıb.
Açıqlamada İsrailin soyqırım törətdiyi vurğulanıb və Qəzzada şiddətin təhlükəli şəkildə artdığına diqqət çəkilib.



Әlaqәli Xәbәrlәr