Dünya Müsəlman Alimləri Birliyi: ''Moskvada törədilən terror aktının İslamla heç bir əlaqəsi yoxdur'

Dünya Müsəlman Alimləri Birliyi Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib və hücumun İslam dini ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

2119096

Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Karadaği rəsmi internet səhifəsində verdiyi açıqlamada Moskvada törədilmiş hücumu şiddətlə qınadıqlarını bildirib.
Karadaği deyib: "Bu terror əməliyyatının İslamla heç bir əlaqəsi yoxdur. İslamı təmsil etdiklərini iddia etsələr də, İslamdan çox regional və beynəlxalq kəşfiyyat casuslarını təmsil edirlər".
Hücumun İsrailin Qəzzaya hücumlarını intensivləşdirdiyi bir dövrə təsadüf etdiyinə diqqət çəkən Karadaği Moskvadakı hücumun sionistlərin Qəzzada törətdikləri cinayətləri nəzərdən qaçırmaq və diqqəti başqa yerə yönəltmək məqsədi daşıdığını bildirib.

Әlaqәli Xәbәrlәr