DEAŞ Rusiyadakı terrorun məsuliyyətini öz üzərinə götürüb

Terror təşkilatının sosial media hesabından verilən açıqlamada təşkilat üzvlərinin Moskvadakı konsert zalına hücum etdiyi irəli sürülüb.

2119128
DEAŞ Rusiyadakı terrorun məsuliyyətini öz üzərinə götürüb

Terror təşkilatı DEAŞ Rusiyanın paytaxtı Moskvada törədilən terrorun məsuliyyətini öz üzərinə götürüb.
Terror təşkilatının sosial media hesabından verilən açıqlamada təşkilat üzvlərinin Moskvadakı konsert zalına hücum etdiyi irəli sürülüb.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin ''Telegram'' kanalında edilən paylaşımda hücumun Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya xüsusi xidmət orqanları tərəfindən planlı və qəsdən törədilmiş təxribat olduğu irəli sürülüb.
Bəyanatda bu hadisənin Ukraynaya qarşı daha şiddətli hücumları qanuniləşdirmək məqsədi daşıdığı iddia edilib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib:
"Hücumun təşkilatçılarının Kiyev rejiminin terrorçuları olduğu aşkar edilərsə, onlara və onların ideoloji ilhamvericilərinə qarşı başqa cür hərəkət etmək mümkün deyil''.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Ağ Evin Moskvada törədilən terror aktında Ukraynanın və ya ukraynalıların əli olduğuna dair heç bir sübutun olmadığı barədə açıqlamasına diqqət çəkib.
Zaxarova deyib: "Vaşinqtondakı səlahiyyətlilər nəyə əsaslanaraq bu qənaətinə gəlirlər? Əgər ABŞ-ın bu məsələ ilə bağlı etibarlı məlumatları varsa, bu məlumatlar dərhal Rusiya tərəfinə ötürülməlidir''.
Xatırladaq ki, dünən Rusiyanın paytaxtı Moskvadakı ''Krokus siti holl' konsert zalına hücum edilib.
Rusiya İstintaq Komitəsi terror aktı nəticəsində 60-dan çox insanın öldüyünü, 115 nəfərin yaralandığını, onlardan 60-nın vəziyyətinin  ağır olduğunu, ölənlərin sayının arta biləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr