Avropa İttifaqı Rusiyada törədilən terror aktını pislədi

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda Aİ-nin hücum xəbərindən  sarsıldığını bildirib.

2119099
Avropa İttifaqı Rusiyada törədilən terror aktını pislədi

Avropa İttifaqı Rusiyanın paytaxtı Moskvadakı konsert zalında törədilən terror aktına reaksiya verib və mülki şəxslərə qarşı edilən bütün hücumları pislədiyini bəyan edib.
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda Aİ-nin hücum xəbərindən dəhşətə gəldiyini bildirib.
Peter Stano deyib: "Avropa İttifaqı mülki şəxslərə qarşı edilən hər hücumu qınayır. Düşüncələrimiz zərərçəkmiş bütün Rusiya vətəndaşları ilədir''.
Xatırladaq ki, Moskvadakı “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.



Әlaqәli Xәbәrlәr