Tedros Adhanom Qebreyesus Qəzzada aclıqdan ölən uşaqlarla bağlı paylaşım edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib: "Tarix bu uşaqların çəkdiyi əzablara görə hamımızı mühakimə edəcək''.

2118682

Tedros Adhanom Qebreyesus rəsmi ''X'' internet səhifəsində  Qəzzada baş verən qıtlıq və uşaqların acından ölməsi ilə bağlı paylaşım edib.
Qebreyesus bildirib ki, Rafik Qəzzanın şimalında aclıqdan ölən və ağır yaralanan çoxsaylı uşaq və gəncdən sadəcə biridir.
"Tarix bu uşaqların çəkdiyi çətinliklərə görə hamımızı mühakimə edəcək'',-Tedros Adhanom Qebreyesus vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Qəzzada dərhal atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın çatdırılmasına icazə verilməsi ilə əlaqədar çağırış edib.
İsrailin oktyabrın 7-dən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı, əksəriyyəti uşaq olmaqla 32 minə çatıb.

Әlaqәli Xәbәrlәr