Ermənistan Moskvaya alternativ axtarır

İtaliya ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.

2119016
Ermənistan Moskvaya alternativ axtarır

İtaliya ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, iki ölkə arasında danışıqlar martın 19-20-də İtaliyanın paytaxtında baş tutub. Ermənistan nümayəndə heyətinin rəhbəri Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan olub.

Məsləhətləşmələr çərçivəsində Ermənistan tərəfi İtaliyanın nümayəndələri, o cümlədən İtaliya Müdafiə Nazirliyi Aparatının direktor müavini və Hərbi Siyasət İdarəsinin rəisi general-mayor Enriko Barduani və Baş Qərargahın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, polkovnik Mattia Zuzzinin iştirak etdiyi İtalya nümayəndələrilə müdafiə sahəsində əməkdaşlığın indiki və gələcək aspektlərini müzakirə edib. 

Levon Ayvazyan Ermənistandakı təhlükəsizlik vəziyyəti ilə yanaşı, Silahlı Qüvvələrdə aparılan islahatlara da toxunub. Görüşdən sonra tərəflər arasında bir illik hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.

Bundan əvvəl Ermənistan parlamenti Ermənistan və Azərbaycanla sərhəddə Avropa missiyasının mülki müşahidəçilərinin statusu haqqında sazişi təsdiqləyib. Müqaviləyə əsasən, müşahidəçilərə Ermənistanda akkreditə olunmuş diplomatlara verilən hüquq və imtiyazlar veriləcək.

Bundan əlavə, Yerevan Aİ-yə üzvlük prosesini başlatmağa hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr