Entoni Blinken İsrailə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı səlahiyyətlilərə “Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumun səhv olacağını” izah edəcəyini bildirib.

2118796
Entoni Blinken İsrailə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı səlahiyyətlilərə “Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumun səhv olacağını” izah edəcəyini bildirib.
Yaxın Şərq turnesi çərçivəsində Misirin paytaxtı Qahirəyə gedən Entoni Blinken həmkarı Samih Şükri ilə görüşüb.
Qəzzadakı hadisələrin müzakirə edildiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Entoni Blinken Qəzzada atəşkəsə nail olmağın çətin, lakin mümkün olduğunu bildirib.
İsrailin hücuma keçəcəyi təqdirdə Rəfahdakı mülki əhalinin gedəcək yerlərinin olmadığını qeyd edən Entoni Blinken deyib: "Həmas ilə Rəfaha qarşı quru əməliyyatı olmadan da mübarizə aparmaq olar".
ABŞ dövlət katibi deyib: “Bizim qiymətləndirməmizə görə, İsrail-Fələstin münaqişəsinin sona çatması Fələstin dövlətinin qurulması və İsrailin təhlükəsizliyinin təmin edilməsini əhatə edir”.
Entoni Blinken İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri bölgəyə 6-cı səfərini reallaşdırır. Yaxın Şərq turnesinə dünən Səudiyyə Ərəbistanı ilə başlayan Entoni Blinkenin ikinci dayanacağı Misirdən sonra İsrailə gedəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr