Cozep Borrell: ''Aİ vətəndaşlarını Donbass uğrunda döyüşə göndərməyəcək''

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsində iştirak etmir və öz vətəndaşlarını Donbass uğrunda döyüşə göndərmək niyyətində deyil.

2118842

“Vəziyyəti şişirtməməliyik, müharibə qaçılmaz deyil. Sülh şəraitində yaşayırıq, biz Ukraynanı dəstəkləyirik. Biz bu müharibənin bir hissəsi deyilik" deyən Cozep Borrell ictimaiyyəti lazımsız panika yaratmamağa çağırıb.
Brüsseldə keçirilən Aİ sammitində çıxış edən Cozep Borrell deyib: “Ukraynaya yardımın zəruriliyi qaçılmazdır. Biz bunu deyəndə Donbass üçün gedib ölməkdən danışmırıq. Demək istədiyimiz ukraynalılara Donbassda öldürülməmələri üçün kömək etməkdir''.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Cozep Borrelin açıqlamasına münasibət bildirərək deyib: "Çünki ölülər ikinci dəfə ölmür".
Fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyin mümkün olduğunu bildirmişdi.

Әlaqәli Xәbәrlәr