BMT Suriyadakı humanitar vəziyyəti qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Suriyadakı siyasi və humanitar vəziyyətlə bağlı sessiya keçirilib.

2118656
BMT Suriyadakı humanitar vəziyyəti qiymətləndirib

Suriyada 16,7 milyon insanın humanitar yardıma ehtiyacı olduğu bildirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Suriyadakı siyasi və humanitar vəziyyətlə bağlı sessiya keçirilib.
BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeir Pedersen üzv ölkələri məlumatlandıraraq, Suriyadakı bütün inkişafın “səhv istiqamətdə” getdiyini, təhlükəsizlik, humanitar vəziyyət, insan haqları və siyasi sahələrdə geriləmələrin müşahidə olunduğunu bildirib.
Qeir Pedersen 13 ildən sonra vətəndaş müharibəsinin bir çox cəbhədə davam etdiyini və regional təsirlərin davam etdiyini bildirib.
Qəzzadakı münaqişənin regional təsirlərinin ciddi narahatlıq doğurduğunu qeyd edən Qeir Pedersen təcili olaraq humanitar atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.
Ölkədəki humanitar vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkən Qeir Pedersen deyib: "16,7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bu, son 13 ilin ən yüksək səviyyəsidir".
Qeir Pedersen Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl əhalinin yarısının didərgin düşdüyünü və əksəriyyətinin təhlükəsizlik və yaşayış şəraiti səbəbindən ölkələrinə geri qayıda bilmədiyini bildirib.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatorunun müavini Coys Msuya Suriyada da 7 milyon insanın yurd-yuvalarından  didərgin düşdüyünü və təxminən 13 milyon insanın humanitar yardımına ehtiyacı olduğunu bildirib.
5 yaşından kiçik uşaqlarda qida çatışmazlığının son 5 ildə 3 dəfə artdığını bildirən Msuya yarım milyondan çox uşağın bu səbəbdən müalicəyə ehtiyacı olduğunu qeyd edib.
Coys Msuya bildirib ki, humanitar yardıma ehtiyacı olan insanların sayı rekord həddə çatmasına baxmayaraq vəsaitlər  rekord səviyyəyə düşüb.
Humanitar dəstəyin artırılmasına çağıran Msuya həmçinin Suriyada ərzaq qiymətlərinin və yaşayış qiymətlərinin çox ciddi şəkildə artmağa davam etdiyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr