Blinken Netanyahu ilə görüşüb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinə səfər edən ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb.

2118968
Blinken Netanyahu ilə görüşüb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinə səfər edən ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb.

Orta Şərqə səfəri çərçivəsində bu gün səhər saatlarında İsrailə gedən Blinken Tel-Əvivdə Netanyahu ilə görüşüb.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən açıqlamada Blinkenin daha sonra Müharibə Nazirləri Kabinetinin üzvləri ilə görüşəcəyi bildirilib.

Netanyahu-Blinken görüşündə müzakirə olunan məsələlərlə bağlı məlumat verilməyib.

Blinken Təl-Əviv və "Həmas" arasında əsir mübadiləsi razılaşmasının əldə edilməsi üzrə danışıqları müzakirə etmək üçün cümə axşamı Səudiyyə Ərəbistanına və dünən Misirə səfər edib.

Bu gün səhər saatlarında İsrailə gedən Blinkenin bu səfəri, bu ölkənin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan sonra "6-cı" olaraq qeydə alınıb.



Әlaqәli Xәbәrlәr