Entoni Blinken və Faysal bin Fərhan Qəzzadakı vəziyyəti müzakirə ediblər

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Faysal bin Fərhan və ABŞ dövlət katibi Entoni Blinken Ciddədə görüşüblər.

2118194
Entoni Blinken və Faysal bin Fərhan Qəzzadakı vəziyyəti müzakirə ediblər

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan ölkəsinə səfər edən ABŞ dövlət katibi Entoni Blinkenlə İsrailin hücumlarına məruz qalan Qəzza zolağında atəşkəsin əhəmiyyətini və İsrailin Rəfah şəhərində başlatmaq istədiyi quru əməliyyatını müzakirə edib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Faysal bin Fərhan və ABŞ dövlət katibi Entoni Blinken Ciddədə görüşüblər.
Tərəflər görüş zamanı kitərəfli əlaqələrin möhkəmləndirilməsinin yollarını və müxtəlif sahələrdə birgə əməkdaşlığı müzakirə ediblər.
İsrailin hücumlarına məruz qalan Qəzza zolağında atəşkəsin təmin edilməsi və çox sayda köçkün fələstinlinin sığındığı Rəfah şəhərindəki vəziyyəti qiymətləndirən Farhan bin Fərhan və Entoni Blinken humanitar yardımların Qəzzaya daxil olması üçün göstəriləcək səyləri müzakirə ediblər.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan hücum planını təsdiqlədiyini və mülki əhalinin bölgədən çıxarılması planını “tezliklə” təsdiqləyəcəklərini bildirib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 mini uşaq və 9 220-ü qadın olmaqla 31923 fələstinli həlak olub, 74096 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölünün  olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr