Ceyk Sullivan Ukraynaya gözlənilməz səfər edib

Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfər edib.

2118428
Ceyk Sullivan Ukraynaya gözlənilməz səfər edib

Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfər edib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrian Uotson qeyd edib ki, Ceyk Sallivan Ukraynaya etdiyi səfər çərçivəsində prezident Volodimir Zelenski də daxil olmaqla yüksək vəzifəli rəsmilərlə görüşüb.
Edrian Uotson Ceyk Sullivanın görüşlərdə Ukraynanın kritik müharibə ehtiyaclarını ödəmək üçün Nümayəndələr Palatasının təcili olaraq milli təhlükəsizlik qanununu qəbul etməsinin vacibliyini vurğulayıb.
Ceyk Sullivanın ukraynalı tərəfmüqabilləri ilə 2022-ci ilin fevral ayından bəri davam edən müharibənin Ukrayna və dünya üzərindəki iqtisadi təsirlərini azaltmaq üçün davam edən səyləri müzakirə etdiyini vurğulayan Edrian Uotson tərəflərin Ukraynanın Avro-Atlantik inteqrasiyasını irəlilətmək üçün korrupsiya ilə mübarizə və digər kritik islahatlar məsələsini də müzakirə etdiyini bildirib.


Etiketlәr: #ABŞ , #Ukrayna , #Ceyk Sullivan

Әlaqәli Xәbәrlәr