Fransa Rusiyanın iddialarını təkzib edib

Fransa Müdafiə Nazirliyi Rusiyanın “Fransa Ukraynaya 2 min əsgər göndərməyə hazırlaşır” iddiasını təkzib edib.

2117908
Fransa Rusiyanın iddialarını təkzib edib

Fransa Müdafiə Nazirliyi Rusiyanın “Fransa Ukraynaya 2 min əsgər göndərməyə hazırlaşır” iddiasını təkzib edib.

Fransa Müdafiə Nazirliyinə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Fransanın Ukraynaya 2 min əsgər göndərməyə hazırlaşdığı iddiası ilə bağlı sual verilib.

Nazirlikdən verilən yazılı bəyanatda bu iddia təkzib edilib və Narışkinin qaldırdığı məsələnin “Rusiyanın sistemli şəkildə kütləvi dezinformasiya üsullarına əl atdığını göstərdiyi” bildirilib.

"Biz bu cür manipulyasiyalardan qaçmaq üçün son dərəcə ehtiyatlı olmağa çağırırıq", - bəyanatda deyilir.


Etiketlәr: #iddia , #Ukrayna , #Rusiya , #Fransa

Әlaqәli Xәbәrlәr