Volker Türk Qəzzada aclıqdan ölənlərlə bağlı açıqlama verib

Volker Türk İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada aclıq riski ilə bağlı yazılı açıqlama verib.

2117450
Volker Türk Qəzzada aclıqdan ölənlərlə bağlı açıqlama verib

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk Qəzzada aclıq və qıtlıqdan ölənlərin İsrailin bölgəyə humanitar yardım və kommersiya məhsullarının girişi və paylanmasına hərtərəfli məhdudiyyətlər qoyması səbəbindən baş verdiyini açıqlayıb.

Volker Türk İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada aclıq riski ilə bağlı yazılı açıqlama verib.

Qəzzada gözlənilən aclığın qarşısının alınmasının vacibliyini bildirən Volkan Türk BMT-nin bu məsələ ilə bağlı son xəbərdarlıqlarının nəzərə alınmadığını bildirib.

"Bu fəlakət insan tərəfindən törədilib və tamamilə qarşısı alına bilər. Qəzzada qıtlıq və aclıqdan ölüm halları İsrailin humanitar yardım və kommersiya məhsullarının ölkəyə girişi və paylanmasına hərtərəfli məhdudiyyətlər qoyması səbəbindən baş verir", -deyə V.Türk qeyd edib.

Bu vəziyyətə əhalinin böyük hissəsinin didərgin düşməsi ilə yanaşı, mühüm mülki infrastrukturun məhv edilməsindən də qaynaqlandığına diqqət çəkən V.Türk insanların aclıq qarşısında getdikcə çarəsiz qalması ilə “qanun və nizamın” çökdüyünü vurğulayıb.

Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinken, ərzaq ehtiyatlarının sürətlə tükəndiyi və insanların aclıqla mübarizə apardığı Qəzzada vəziyyətlə bağlı bunları söyləyib:

“Qəzzadakı bütün əhalisi ciddi ərzaq təhlükəsizliyi ilə qarşı-qarşıyadır” deyib.

Qeyd edək ki, Blinken Filippinin paytaxtı Manilada verdiyi açıqlamada bildirib ki, İsrail mülki insanları qorumağı və humanitar yardıma son dərəcə ehtiyacı olanlara kömək etməyi prioritet hesab etməlidir.


Etiketlәr: #BMT , #Qəzzada aclıq

Әlaqәli Xәbәrlәr