NATO baş katibinin Qafqaz səfəri

NATO-nun verdiyi məlumata görə ...

2116153
NATO baş katibinin Qafqaz səfəri

 

  NATO-nun baş katibi Yens Stoltenberq martın 17, 18 və 19 tarixlərində Azərbaycan, Gürcüstan və Ermənistanda rəsmi səfərdə olacaq.

  NATO-nun verdiyi məlumata görə, Y.Stoltenberq martın 17-də Azərbaycanın paytaxtı Bakıda prezident İlham Əliyev, martın 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri general Zakir Həsənovla görüşəcək.

  Azərbaycandakı görüşlərdən sonra NATO-nun baş katibi martın 18-də Gürcüstanın paytaxtı Tbilisiyə gedəcək, burada prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə ikitərəfli görüşləri olacaq.

  Yens Stoltenberq Qafqaz görüşlərini martın 19-da Ermənistanın paytaxtı İrəvanda prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla yekunlaşdıracaq.



Әlaqәli Xәbәrlәr