Qəzzada həlak olan fələstinli sayı 31 min 490-a çatıb

İsrail ordusunun xalqı ac-susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu Qəzza zolağına həyata keçirdiyi hücumlarında son 10 gündə 859 fələstinli ölüb.

2116094

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada İsrailin 161 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 149 fələstinlini öldürdüyü, Qəzzada ölənlərin sayının isə 31 min 490-a yüksəldiyi bildirilib.

Açıqlamada İsrail qüvvələrinin son hücumlarında daha 300 fələstinlini yaraladığı və Qəzza zolağında yaralananların ümumi sayının 73 min 439-a yüksəldiyi qeyd edilib.

Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə əməkdaşlarının cəsədlərə çata bilməyəcəyini qeyd edib.

Әlaqәli Xәbәrlәr