İsrail növbəti dəfə yardım gözləyən fələstinlilərə hücum etdi, ölən və yaralananlar var

İsrail ordusunun Qəzza zolağındakı humanitar yardım paylama anbarını vurduğu, nəticədə 8 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.

2115732
İsrail növbəti dəfə yardım gözləyən fələstinlilərə hücum etdi, ölən və yaralananlar var

İsrail ordusunun Qəzza zolağındakı humanitar yardım paylama anbarını vurduğu, nəticədə 8 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzindəki Nusayrat qaçqın düşərgəsindəki yardım paylama anbarını bombalayıb.
Hücum zamanı 8 fələstinli ölüb, çox sayda yaralı var.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail ordusunun Küveyt qovşağında humanitar yardım gözləyən fələstinliləri hədəf aldığı bildirilib.
Hücumda 20 nəfərin öldüyü, azı 155 nəfərin yaralandığı qeyd olunub. 
Qəzza hökumətinin media ofisinin baş direktoru İsmayıl əl-Savabite deyib: "İşğalçı İsrail vətəndaşların kömək gözlədiyi yerlərin koordinatlarını bilir və onları qəsdən hədəf alaraq öldürür''.
Küveyt qovşağında yardım gözləyən fələstinlilərin tank və helikopterlərlə hədəf alındığını bildirən Sevabite Qəzza zolağında beynəlxalq və qeyri-hökumət təşkilatlarının yardım paylaması üçün zəmin hazırladıqlarını, lakin İsrailin Fələstin xalqına qarşı şüurlu şəkildə aclıq siyasətini davam etdirdiyini bildirib. 
Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının cənubunda İsrail ordusunun qismən geri çəkildiyi Xan Yunis şəhərinin Hamed bölgəsində 15 nəfərin meyitinin tapıldığını açıqlayıb. Meyitlərin Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına aparıldığı bildirilib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 13 500-ü uşaq, 9 mini qadın olmaqla 31341 fələstinli həlak olub, 73 134-ü yaralanıb.



Әlaqәli Xәbәrlәr