ABŞ və Böyük Britaniya Hudeyda şəhərinə hücum edib

İranın dəstəklədiyi husilər Amerika Birləşmiş Ştatları və Böyük Britaniya qüvvələrinin ölkənin qərbindəki Hudeydə şəhərinə daha 6 hava hücumu təşkil etdiyini açıqlayıb.

2115908

Husilərə məxsus Əl-Mesirah telekanalı ABŞ və Böyük Britaniyanın Hudeydada həyata keçirdiyi hücumların sayı ilə bağlı məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində Hudeydanın müxtəlif bölgələrinə 10 hava zərbəsi endirilib.
Husilər həmçinin İsrailin oktyabrın 7-də Qəzza zolağına təşkil etdiyi hücumdan sonra Qırmızı dəniz və Ədən körfəzində İsrail, ABŞ və Böyük Britaniyaya məxsus 73 gəmini hədəf aldıqlarını da açıqlayıblar.
Husilərin lideri Əbdülməlik əl-Husi lEl-Mesira telekanalına verdiyi müsahibədə İsrailin Qəzza zolağına hücumları və buna reaksiyaları ilə bağlı açıqlamalar verib.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Әlaqәli Xәbәrlәr