Naledi Pandor:Cənubi Afrika İsrail ordusunun sıralarında döyüşən vətəndaşlarını həbs edəcək

Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor İsrail ordusunda xidmət edən Cənubi Afrika vətəndaşlarının ölkəyə qayıdan kimi həbs ediləcəyini bildirib.

2115152

Naledi Pandor Afrika Milli Konqresinin Cənubi Afrikanın Fələstinlə həmrəyliyinə dair təşkil etdiyi toplantıda  İsrail ordusunda xidmət edən Cənubi Afrika vətəndaşlarının ölkəyə qayıdan kimi həbs ediləcəyini açıqlayıb. Pandor deyib: "İsrail Müdafiə Qüvvələrinin yanında və ya tərkibində döyüşən cənubi afrikalılara xəbərdarlıq edən bəyanat yaydım. Biz hazırıq, evə qayıtdığınızda sizi həbs edəcəyik".
Pandor həmçinin deyib: "Fələstin xalqı ilə oktyabrın 8-də tanışmadıq. Onilliklərdir mübarizədə bir yerdəyik".

Әlaqәli Xәbәrlәr