Lloyd Ostin və Kihara Minoru arasında telefon danışığı olub

ABŞ  müdafiə naziri Lloyd Ostin Yaponiyanın müdafiə naziri Kihara Minoru ilə telefon əlaqəsi saxlayıb.

2115488
Lloyd Ostin və Kihara Minoru arasında telefon danışığı olub

ABŞ müdafiə naziri Lloyd Ostin Yaponiyanın müdafiə naziri Kihara Minoru ilə telefon əlaqəsi saxlayıb.

ABŞ Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Ostin və Kihara söhbət zamanı "CV-22 Osprey" tipli hərbi nəqliyyat təyyarələrinin yenidən uçuşa başlaması mövzusunu müzakirə ediblər və iki ölkə arasındakı koordinasiyadan məmnunluqlarını ifadə ediblər.
Tərəflər ABŞ və Yaponiya arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək mövzusunda qətiyyətli olduqlarını vurğulayıblar.
Ostin yaxın vaxtlarda həmkarı ilə üz-üzə görüşəcəyinə ümid etdiyini bildirib.
Noyabrın 29-da Tokionun qərbindəki Yokota aviabazasında fəaliyyət göstərən və göyərtəsində 8 nəfər olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “CV-22 Osprey” nəqliyyat təyyarəsi ölkənin cənubundakı Yakuşima adasının sahillərində qəzaya uğramışdı.


Etiketlәr: #Yaponiya , #ABŞ , #Lloyd Ostin

Әlaqәli Xәbәrlәr