İsrailin Qəzzaya intensiv hücumları davam edir

İsrail ordusunun oktyabrın 7-dən bəri xalqı ac-susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 69 nəfər artaraq  31341-ə çatıb.

2115403

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı bəyanatda İsrailin Qəzza zolağına 160 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.
Bəyanatda İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 69 fələstinlini öldürdüyü, Qəzzada həyatını itirənlərin ümumi sayının  31 341 nəfərə yüksəldiyi bildirilib.
Bəyanatda həmçinin  İsrail qüvvələrinin son hücumlarında daha 110 fələstinlinin yaraladığı və Qəzza zolağında yaralananların ümumi sayının 73134-ə yüksəldiyi bildirilib.
Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında ölülərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə əməkdaşlarının bölgəyə daxil ola bilmədiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr