ABŞ və Böyük Britaniya Hudeyda şəhərindəki hava limanına hücum etdi

İranın dəstəklədiyi husilər ABŞ və İngiltərənin ölkənin qərbindəki Hudeyda şəhərindəki hava limanını  hədəf aldığını açıqlayıb.

2115080
ABŞ və Böyük Britaniya Hudeyda şəhərindəki hava limanına hücum etdi

İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın ölkənin qərbindəki Hudeyda şəhərindəki hava limanını hədəf aldığını açıqlayıb.
Husilərə tabe olan Əl-Mesira telekanalının yaydığı məlumata görə, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Hudeyda hava limanını üç dəfə hədəf alıb.
ABŞ və Böyük Britaniya hücumlarla bağlı məlumat yaymayıb.
Yəmənin qərb sahilində yerləşən Hudeyda şəhərinin hava limanında 3 kilometrlik uçuş-enmə zolağı var. Yəmən hökuməti ilə husilər arasında vətəndaş müharibəsi başlamazdan əvvəl daxili və beynəlxalq uçuşlara ev sahibliyi edən hava limanı hazırda xidmət göstərmir.
Husilər ABŞ və Böyük Britaniyanın martın 11-də Hudeyda şəhərinə 13 hücum təşkil etdiyini açıqlayıb.
Hudeyda bir hava limanı və 3 mühüm limana ev sahibliyi etdiyi üçün Yəmənin mühüm şəhərlərindən biridir.

İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə aid ticarət gəmilərini ələ keçirir və bəzilərinə hücum edir.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.

ABŞ dekabrın 18-də qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu ifadə edərək husilərə  qarşı “Rəfahın mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze PUA-ları vurduqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr