Filip Lazzarini: ''Bu, uşaqlara qarşı müharibədir''

Oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölən uşaqların sayının son 4 ildə dünyada gedən müharibələrdə ölən uşaqların ümumi sayından çox olduğu bildirilib.

2114643

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlar üzrə Yardım və İş Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda həlak olan uşaqlarla bağlı sosial media hesabında paylaşım edib.

İsrailin Qəzzada qətlə yetirdiyi uşaqlarla bağlı statistikanı "şok edici" adlandıran Filip Lazzarini İsrailin 7 oktyabrdan bəri hədəf aldığı Qəzza zolağında həyatını itirən uşaqların sayının, dünyada son dörd ildə   öldürülən uşaqların ümumi sayından çox olduğunu bildirib.

"Bu, uşaqlara qarşı müharibədir. Uşaqların gələcəyinə qarşı müharibədir", - Filip Lazzarini qeyd edib.

Bölgədə ölən təxminən 31 min mülki vətəndaşın 12 300-ü uşaqdır.

Әlaqәli Xәbәrlәr