Cozep Borrell: ''Qəzzada 100 min insan aclıqla üz-üzədir''

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İsrailin hücumlarına məruz qalan Qəzzada 100 min insanın aclıq astanasında olduğunu deyib.

2114611

Cozep Borrell Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik edən Yaponiyanın dəvəti ilə BMT-Aİ əməkdaşlığına dair sessiyada çıxış edib.
Dünyanın üzləşdiyi ən böyük problemlərdən birinin Qəzzada baş verənlər olduğunu ifadə edən Cozep Borrell deyib: "Qəzza, təxminən bir əsrdir israillilər və fələstinlilər arasında davam edən ciddi qarşıdurmanın görünən üzüdür".
 ''Həmas''ın oktyabrın 7-də törətdiyi hücumlardan sonra Aİ-nin İsrailin ''özünü müdafiə etmək haqqı'' olduğunu ifadə etdiyini xatırladan Cozep Borrell deyib: “Lakin biz bunun beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa uyğun şəkildə edilməli olduğunu eyni dərəcədə qətiyyətlə və dəfələrlə bəyan etmişik''.
Qəzzada baş verənlərin beynəlxalq hüquqa zidd olduğunu qeyd edən Cozep Borrell deyib: "Qəzzada 30 min insan öldü, 1,8 milyon insan yurd-yuvalarından didərgin düşdü, 100 min insan aclıq astanasındadır. Hazırda həyatda qalmaq üçün mübarizə aparan bir xalqla üz-üzəyik''.
Cozep Borrell həmçinin deyib:"Ukraynada baş verənləri  qınadığımız zaman Qəzzada baş verənlərlə bağlı eyni sözləri işlətmək məcburiyyətindəyik".

Әlaqәli Xәbәrlәr