ABŞ-ın Ukraynaya "təcili hərbi dəstək" paketi

ABŞ rəhbərliyi Pentaqonun Ukraynaya ayırdığı büdcədə heç bir vəsait qalmadığı halda, Ukraynaya 300 milyon dollarlıq "təcili hərbi dəstək" paketi göndərəcəyini açıqlayıb.

2114704

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukraynaya edəcəkləri yeni yardımın təfərrüatlarını açıqlayıb.

Ceyk Sullivan bildirib ki, Pentaqonun Ukraynaya ayrılan büdcəsi tükəndiyi və bu ölkəyə dəstək üçün tələb olunan əlavə 60 milyard dollarlıq yardımın hələ də Konqres tərəfindən qəbul edilməməsinə baxmayaraq, onlar Kiyevə təcili yardım göstərmək məcburiyyətindədirlər.

Sullivan "Ukraynanın istifadə etmək üçün kifayət qədər silah-sursatı qalmayıb. Bu, sahədə torpaq və can itkisinə səbəb olur. Ayrıca ABŞ və NATO ittifaqına da strateji xərclər gətirir" deyib.

ABŞ müşaviri bildirib ki, onların Ukraynaya göndərəcəkləri 300 milyon dollarlıq təcili hərbi yardım yalnız qısa müddətə Ukrayna ordusuna kömək edəcək, lakin uzun sürməyəcək, ona görə də Konqresdə gözlənilən əlavə büdcə qanun layihəsi mümkün qədər tez qəbul edilməlidir.

Әlaqәli Xәbәrlәr