ABŞ husilərin Qırmızı dənizdəki fəaliyyələri ilə bağlı bəyanat yaydı

Amerika Birləşmiş Ştatları İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə ABŞ gəmisinə doğru qısa mənzilli ballistik raket atdığını açıqlayıb.

2114920
ABŞ husilərin Qırmızı dənizdəki fəaliyyələri ilə bağlı bəyanat yaydı

Amerika Birləşmiş Ştatları İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə ABŞ gəmisinə doğru qısa mənzilli ballistik raket atdığını açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi ''X'' internet səhifəsində məsələ ilə bağlı açıqlama verilib.

Açıqlamada husilərin dünən Qırmızı dənizdəki "USS Laboon" gəmisinə  qısa mənzilli ballistik raket atdığı, ABŞ-ın husilərin nəzarətindəki bölgələrdən atdığı raketi koalisiya gəmisi ilə məhv etdiyi bildirilib.

İranın dəstəklədiyi  husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabrdan bəri İsrail şirkətlərinə məxsus ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları ilə hücum edirlər. 

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.

ABŞ dekabrın 18-də qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu ifadə edərək husilərə  qarşı “Rəfahın mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze PUA-ları vurduqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr