İsrail ordusu yardım gözləyən fələstinlilərə atəş açdı

İsrail ordusunun Qəzza zolağında yardım maşınlarını gözləyən fələstinlilərə təşkil etdiyi hücum nəticəsində  7 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

2114077

Qəzza zolağının mülki müdafiə şöbəsinin sözçüsü Mahmud Basal bildirib ki, İsrail ordusu Qəzzanın şərqində Küveyt qovşağının yaxınlığında yardım maşınlarını gözləyən fələstinliləri hədəf alıb.
Basal hücum nəticəsində kömək gözləyənlər arasında ölən və yaralananların olduğunu bildirib.
Fələstinin rəsmi WAFA xəbər agentliyi hücumda 7 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığını açıqlayıb.
İsrail döyüş təyyarələrinin cənubundakı Rəfah şəhərinin Es-Suudi məhəlləsindəki bir evi bombalaması nəticəsində yaralananların olduğu bildirilib.
İsrailin Xan Yunis şəhərinin Abasan əl-Kebira və Huzaa bölgələrini artilleriya atəşinə tutduğu, nəticədə çox sayda insanın öldüyü və yaralandığı qeyd edilib.
İsrailin oktyabrın 7-dən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 13 500-ü uşaq, 9 mini də qadın olmaqla 31112 fələstinli həlak olub, 72 760 nəfər isə yaralanıb.

Әlaqәli Xәbәrlәr