İsrail Livanın Baalbek şəhərinə hücum etdi

İsrailə məxsus döyüş təyyarələrinin Livanın şərqindəki Baalbek şəhərinə ikinci dəfə hava hücumu təşkil etdiyi bildirilib.

2114066
İsrail Livanın Baalbek şəhərinə hücum etdi

İsrailə məxsus döyüş təyyarələrinin Livanın şərqindəki Baalbek şəhərinə ikinci dəfə hava hücumu təşkil etdiyi bildirilib.

Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumata görə, İsrailə məxsus döyüş təyyarələrinin Baalbek şəhərinin cənubunda yerləşən Ənsar qəsəbəsinə hava hücumu həyata keçirib.
Hücum zamanı bir binanın hədəf alındığı bildirilən məlumatda ölən və yaralıların sayı açıqlanmayıb.
Ənsar qəsəbəsi İsrail-Livan sərhədindən təxminən 100 kilometr aralıda yerləşir.
NNA-nın yaydığı başqa bir məlumatda İsrailin Livanın cənub sərhədində yerləşən Nakura qəsəbəsindəki bir evə hava hücumu təşkil etdiyi bildirilib.
Oktyabrın 8-dən etibarən İsrail ordusu ilə Hizbullah hərəkatı arasında qarşıdurmalar yaşanır.
Qarşıdurmalar nəticəsində 240 Hizbullah üzvü, 49 livanlı mülki şəxs, 11 Amal hərəkatı, 12 ''Həmas'' və 12 İslami Cihad üzvü həlak olub. Qarşıdurmalarda həmçinin İsrail ordusunun 11 hərbçisi və 6 israilli ölüb.
Qeyd edək ki, İsrail Baalbek şəhərinə ilk hava hücumunu fevralın 26-da həyata keçirib.


Etiketlәr: #Hizbullah , #hücum , #Livan , #İsrail

Әlaqәli Xәbәrlәr