Çin, Rusiya və İran donanmaları birgə hərbi təlimə başladı

Çin Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ...

2114080
Çin, Rusiya və İran donanmaları birgə hərbi təlimə başladı

 

  Çin, Rusiya və İran donanmaları Oman körfəzi yaxınlığında birgə hərbi dəniz təliminə başlayıb.

  Çin Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir: “Təhlükəsizlik Bondu-2024” təlimi 11-15 mart tarixlərində keçirilir və regional dəniz təhlükəsizliyini birgə qorumaq məqsədi daşıyır".

  Qeyd edək ki, hərbi manevr İranın dəstəklədiyi husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumları və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə hücumları ilə bölgədə gərginliyin artdığı bir vaxtda həyata keçirilir.

  Xatırladaq ki, təlim ötən il “Security Bond-2023” adı altında olub.



Әlaqәli Xәbәrlәr