Yeni Zelandiyada təyyarədə baş verən insident nəticəsində 50 nəfər yaralanıb

Yeni Zelandiyada Çilinin “Latam Airlines Group” aviaşirkətinə məxsus təyyarədə baş verən insident nəticəsində azı 50 nəfər xəsarət alıb.

2113799

"New Zealand Herald" agentliyinin məlumatına görə, yaralılardan 13 nəfəri xəstəxanaya yerləşdirilib.

Sidneydən Oklendə uçuş zamanı gözlənilməz texniki xəta təyyarənin təxminən 100 metr kəskin hündürlük itirməsinə səbəb olub. Nəticədə bəzi sərnişinlər və stüardessalar yaralanıb. Həkimlər xəstəxanaya yerləşdirilən 13 pasiyentdən birinin vəziyyətini ağır, digərlərinin vəziyyətini isə orta-ağır qiymətləndirirlər.

Texniki problemlərə baxmayaraq, təyyarə Oklend Beynəlxalq Hava Limanına uğurla eniş edə bilib.

Әlaqәli Xәbәrlәr