"Qəzzada humanitar atəşkəs istəyirik", A. Qutarreş

BMT Baş katibi Antonio Quterreş Qəzzada humanitar atəşkəs istədiklərini və Ramazan ayının buna nail olmaq üçün çox yaxşı fürsət ola biləcəyini söyləyib.

2113759
"Qəzzada humanitar atəşkəs istəyirik", A. Qutarreş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzada humanitar atəşkəs istədiklərini və Ramazan ayının buna nail olmaq üçün çox yaxşı fürsət ola biləcəyini söyləyib.

İtaliyanın "Nove" telekanalında yayımlanan proqrama qatılan Antonio Quterreş İsrailin hücumu altında olan Qəzzaya toxunaraq deyib:

"Qəzzada müharibənin aparılma tərzi onu göstərir ki, bunun bədəlini ən çox mülki insanlar ödəyir. Bu aydındır. İsrail bunun fələstinlilərə deyil, "Həmas"a qarşı müharibə olduğunu söylədi, amma reallıq odur ki, bu, fələstinlilərin kollektiv cəzasına çevrildi. Buna artıq bəsdir deyirik. Qəzzada biz humanitar atəşkəs istəyirik və Ramazan buna nail olmaq üçün çox yaxşı fürsət ola bilər”.

BMT-nin Baş katibi həmçinin bildirib ki, Ramazan ayında Qəzzanın davamlı bombardmanları İslam dünyasına inanılmaz təsir göstərə bilər.



Әlaqәli Xәbәrlәr