Netanyahu Baydenin tənqidlərinə cavab verdi

Amerikanın “Politico” qəzetinə müsahibəsində İsrailin baş naziri ABŞ prezidentinin “Netanyahu indi İsrailə xeyirdən çox zərər verir” sözlərinə belə cavab verib ...

2113651
Netanyahu Baydenin tənqidlərinə cavab verdi

 

  İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin ona ünvanladığı tənqidlərə cavab verib və onun yürütdüyü siyasətin israillilərin böyük əksəriyyəti tərəfindən dəstəkləndiyi fikrini müdafiə edib.

  Amerikanın “Politico” qəzetinə müsahibəsində İsrailin baş naziri ABŞ prezidentinin “Netanyahu indi İsrailə xeyirdən çox zərər verir” sözlərinə belə cavab verib: “Co Baydenin nə demək istədiyini anlamadım. Amma əgər o, İsrail xalqının əksəriyyətinə qarşı siyasət yeritdiyimi və bunun İsrailin maraqlarına zərər verdiyimi nəzərdə tutursa, səhv edir. Bu, mənim öz siyasətim deyil, israillilərin böyük əksəriyyətinin dəstəklədiyi siyasətdir. Onlar “Həmas”ı məhv etmək üçün atdığımız addımları dəstəkləyirlər.

  “Həmas”ı ortadan qaldırdıqdan sonra Qəzza zolağında Fələstin hakim olmayacaq. Amma bu, edilməli olan son hərəkətdir. Fələstin hökuməti terrorçuluğa təlim verdi, terroru maliyyələşdirdi”.

  Xatırladaq ki, martın 10-da Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) Rifahın "qırmızı xətt" olduğunu və İsrailin baş naziri Benyamin Netanyahunun "indi İsrailə xeyirdən çox zərər verdiyini" söylədi. MSNBC-yə müsahibəsində C.Bayden deyib ki, “Netanyahunun Qəzzaya hücumları və həlak olan 30 mindən çox mülki vətəndaşın məsuliyyəti ağırdır. Bu qədər insanın “Həmas”ın acığına öldürülməsi doğru deyil”.

 

Foto: illustration



Әlaqәli Xәbәrlәr