İsrailin Qəzzaya hücumları davam edir

Ramazan ayının ilk günündə İsrail ordusunun Qəzza zolağının bir çox bölgəsinə hava, quru və dəniz hücumları nəticəsində çoxlu fələstinli həyatını itirib.

2113537
İsrailin Qəzzaya hücumları davam edir

Ramazan ayının ilk günündə İsrail ordusunun Qəzza zolağının bir çox bölgəsinə hava, quru və dəniz hücumları nəticəsində çoxlu fələstinli həyatını itirib.

İsrail qüvvələri 157-ci gündür Qəzzaya hücumlarını davam etdirir və burada xalqı ac-susuz qalmağa məcbur edərək ciddi humanitar fəlakətə səbəb olur.

Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail ordusu gecə boyu havadan, qurudan və dənizdən müxtəlif nöqtələrə, xüsusilə də Qəzza zolağının cənubundakı Xan Yunus və Qəzza şəhərinin Zeytun rayonuna intensiv hücumlar həyata keçirib.

İsrail döyüş təyyarələrinin Zeytun rayonunda bir evi bombalaması nəticəsində ölən və yaralananlar olub.

Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqində bir ev hədəfə alınıb və hücumda ölən və yaralananların olduğu bildirilib.

İsrail artilleriyası Xan Yunisin şərqini hədəfə alarkən, döyüş təyyarələri Qəzzanın Es-Sabra bölgəsində bir çox evi bombalayıb.

Hücum zamanı çoxu qadın və uşaq olmaqla çox sayda insan həlak olub və yaralanıb.

İsrail qüvvələri Misir sərhədinə yaxın Rəfah şəhərinin Salam məhəlləsində kənd təsərrüfatı sahələrini bombalayıb.

Döyüş təyyarələri Qəzza şəhərinin qərbini, Xan Yunisi, Qəzzanın mərkəzi hissəsindəki Nusayrat qaçqın düşərgəsini və sahildəki bir neçə evi hədəf alıb, ölən və yaralananlar olub.

Digər tərəfdən, tibb qrupları Qəzzanın Tel əl-Heva bölgəsində hədəfə alınan fələstinli "Aşur" ailəsinə aid evin dağıntıları altından qadın və uşaqların da olduğu 10 nəfərin cəsədini çıxarıb.

Qeyd edək ki, oktyabrın 7-dən bəri bölgədə şiddətli hücumlarda əksəriyyəti uşaq olmaqla 31 mindən çox mülki şəxs həyatını itirib.



Әlaqәli Xәbәrlәr