“Avropa “yeni normal”a uyğunlaşmalıdır”, L.Y.Mononen

Avropa Ətraf Mühit Agentliyi (EEA) İcraiyyə Şurasının sədri Leena Yla-Mononen sözügedən mövzu ilə bağlı deyib ...

2113853
“Avropa “yeni normal”a uyğunlaşmalıdır”, L.Y.Mononen

 

  Avropa iqlim dəyişikliyinin dağıdıcı nəticələrinə hazırlaşmaq üçün təcili və əlavə tədbirlər görməlidir.

  Avropa Ətraf Mühit Agentliyi (EEA) martın 11-də tədim etdiyi “İlkin iqlim riski qiymətləndirməsi hesabatı”nda xəbərdarlıq edib ki, qlobal istiləşmə hətta optimist ssenarilərdə belə, istilik dalğaları, quraqlıq, meşə yanğınları və daşqınlar kimi ekstremal hava hadisələrini pisləşdirəcək və bütün qitədə yaşayış şəraitinə təsir edəcək.

  EEA İcraiyyə Şurasının sədri Leena Yla-Mononen ekstremal hava şəraitinin artıq "yeni normal" olduğunu izah edərək deyib: “Bunlar həm də xəbərdarlıq atəşi olmalıdır”.

  Hesabatda Avropa, xüsusən də dəniz və sahil ekosistemləri üçün 36 əsas iqlim riski sadalanır və bunlardan 21-i təcili xarakter daşıyır və əlavə tədbirlərin görülməsini tələb edir.

  Bir çox dəniz ekosistemləri suyun istiləşməsi, oksigen çatışmazlığı və turşulaşma, eləcə də ətraf mühitin çirklənməsi və balıqçılıq kimi insan tərəfindən törədilən digər dəyişikliklər səbəbindən ciddi təhlükə altındadır. “Bu, kütləvi ölüm hadisələri də daxil olmaqla, biomüxtəlifliyin böyük itkisinə səbəb ola bilər” deyə qeyd olunur.

  “Aİ ölkələri iqlim risklərini tanımalı və bu risklərə uyğunlaşmaq üçün daha qətiyyətli tədbirlər görməlidir. Biz daha çox iş görməli və daha güclü siyasətlər həyata keçirməliyik" deyə Yla-Mononen xəbərdar edib.



Әlaqәli Xәbәrlәr