İsrailin hücumları nәticәsindә 10 fәlәstinli dә öldü

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda  azı 10 fələstinli ölüb, 56 nəfər də yaralanıb.

2113047
İsrailin hücumları nәticәsindә 10 fәlәstinli dә öldü

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda  azı 10 fələstinli ölüb, 56 nəfər də yaralanıb.

Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail döyüş təyyarələrinin Rəfah şəhərində bir çox evə təşkil etdiyi hücumlarda 5 fələstinli həyatını itirib, 22 nəfər isə yaralanıb.

İsrail Rəfahın Mevasi bölgəsində köçkünlərin çadırlarını hədəf alması nəticəsində 9 fələstinli, Deyr əl-Belahdakı Əqsa Şəhidləri xəstəxanasının hədəf alınması nəticəsində isə 7 fələstinli yaralanıb.

İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin Zeytun, Tel əl-Heva və Sabra məhəllələrində mülki yaşayış evlərini bombalaması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəzza zolağının şimalındakı Cibiliya bölgəsində iki evə hava hücumu nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 587 İsrail əsgəri də həlak olub

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 13430 uşaq və 8900-ü qadın olmaqla 30878 adam həlak olub.

Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 424 fələstinli həyatını itirib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 232 Hizbullah üzvü, 45 livanlı, 11 Əməl hərəkatı, 12 ‘’Həmas’’ və 12 İslami Cihad üzvü, 6 İsrail vətəndaşı və 11 İsrail əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr