Husilər: ABŞ gəmilərini çox sayda raketlərlə hədəf aldıq

Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri rəsmi  ''X'' internet səhifəsində hücumla bağlı paylaşım edib.

2113097
Husilər: ABŞ gəmilərini çox sayda raketlərlə hədəf aldıq

İranın dəstəklədiyi husilər Ədən körfəzi və Qırmızı dənizdə ABŞ-ın (ABŞ) gəmilərini çox sayda raketlərlə hədəf aldıqlarını açıqlayıb.

Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri rəsmi  ''X'' internet səhifəsində hücumla bağlı paylaşım edib.
Yəhya Seri dəniz və hava qüvvələrinin ABŞ gəmilərinə iki hücum təşkil etdiyini açıqlayıb.
İlk hücumun Ədən körfəzində Amerikanın "PROPEL FORTUNE" gəmisinə qarşı edildiyini və gəminin çox sayda raketlərlə hədəf alındığını bildirən Seri, ikinci hücumda Qırmızı dəniz və Ədən körfəzindəki bəzi Amerika gəmilərinə edildiyini deyib.
Seri hər iki hücumda 37 pilotsuz təyyarədən istifadə edildiyini bildirib.
Husi qüvvələrinin  Fələstin xalqına dəstək və yardım etməyə davam etdiyini ifadə edən Seri Qırmızı dəniz və Oman dənizindəki hücumların İsrailin Qəzza zolağındakı mühasirəsinin aradan qaldıranadək  davam edəcəyini bildirib.


Etiketlәr: #hücum , #husilər

Әlaqәli Xәbәrlәr