İsrail qüvvələri Qəzzanı bombalamağa davam edir

Qəzza zolağına təşkil edilən hücumlar nəticəsində həlak olanların sayı son 24 saatda 83 nəfər artaraq 30 878 nəfərə, xəsarət alanların sayı da 72 402 minə çatıb.

2112907
İsrail qüvvələri Qəzzanı bombalamağa davam edir

İsrail ordusunun mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həlak olanların sayı son 24 saatda 83 nəfər artaraq 30 878 nəfərə, xəsarət alanların sayı da 72 402 minə çatıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 154 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun son 24 saatda daha 78 fələstinlini öldürdüyü, ümumi itkilərin isə 30 min 878-ə yüksəldiyi bildirilib.

Qeyd olunub ki, son hücumlarda 104 fələstinli yaralanıb, bununla da yaralıların ümumi sayı 72 min 402-ə yüksəlib.

Açıqlamada həmçinin İsrailin Qəzzada son 24 saatda “8 qırğın” törətdiyi, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, ancaq İsrail qüvvələrinin, tibb qruplarının və mülki müdafiə rəsmilərinin maneəsi səbəbiylə cəsədlərə çata bilmədi vurğulanıb.



Әlaqәli Xәbәrlәr