İsrailin Qəzzaya intensiv hücumları davam edir

İsrail ordusunun mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həlak olanların sayı son 24 saatda 83 nəfər artaraq 30 800 nəfərə, xəsarət alanların sayı da 72 298 minə çatıb.

2112430

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 153 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun son 24 saatda daha 83 fələstinlini öldürdüyü, ümumi itkilərin isə 30 min 800-ə yüksəldiyi bildirilib.

Qeyd olunub ki, son hücumlarda 142 fələstinli yaralanıb, bununla da yaralıların ümumi sayı 72 min 298-ə yüksəlib.

Açıqlamada həmçinin İsrailin Qəzzada son 24 saatda “9 qırğın” törətdiyi, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, ancaq İsrail qüvvələrinin, tibb qruplarının və mülki müdafiə rəsmilərinin maneəsi səbəbiylə cəsədlərə çata bilmədi vurğulanıb.

Әlaqәli Xәbәrlәr