ABŞ səfiri Lin Treysi Rusiya XİN-ə çağırılıb

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.

2112456
ABŞ səfiri Lin Treysi Rusiya XİN-ə çağırılıb

ABŞ-nin Rusiyadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib. Bildirilib ki, diplomat ABŞ-ın Beynəlxalq Təhsil Şurası, Mədəniyyət Perspektivləri Şurası və Beynəlxalq Təhsil İnstitutu adlı 3 qeyri-hökumət təşkilatının arzuolunmaz təşkilat elan edildiyi barədə məlumatlandırılıb.

Bəyanatda irəli sürülüb ki, Rusiyada fəaliyyət göstərən bu təşkilatların səfirliyin dəstəyi ilə təhsil və mədəniyyət mübadiləsi adı altında anti-Rusiya proqram və layihələrinin həyata keçirilməsi üçün agentləri işə almaq cəlb etmək məqsədi daşıyır.
Bəyanatda qeyd olunub ki, bu təşkilatlara hər cür dəstəyin dayandırılması üçün səfirliyə nota verilib.
ABŞ səfirinə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq.



Әlaqәli Xәbәrlәr